Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sağlam qida haqqında mif: Reallıq başqa şey deyir

Çoxlu meyvə-tərəvəz yemək, ət, şəkər istifadəsini kəskin azaltmaq sağlamlığa xidmət edirmi? Avstriyanın “Der Standard” qəzeti məqaləsində bu suala cavab tapmağa çalışıb.

Bizimyol.info xəbər verir ki, jurnalist Günter Brandşetter sağlam qidanın insan həyatına təsirini araşdırıb. O yazır: “Bizi çox maraqlandıran məsələ “Qadın sağlamlığı təşəbbüsü” araşdırması çərçivəsində öyrənilib. Elm adamları sağlam saydığımız qidanın ürək-damar sisteminə təsirini, xərçəng xəstəliyinin qarşısının alınması, ölüm səviyyəsi ilə bağlılığını araşdırıb. 8 il ərzində tədqiqatda 50-79 yaş arası 49 min qadın iştirak edib. Həmin qadınların yarısı düzgün qidalanmağa çalışırmış. Az yağ qəbul edir, hər gün meyvə, tərəvəz yeyirmiş. Digərləri yemək vərdişini dəyişmir. Sağlam qida effekti sıfır oldu. Həmin yarı vərdişini dəyişməyənlərdən heç nə ilə fərqlənmədi”.

Qəzet başqa araşdırmalar haqda da yazıb. Məsələn, İspaniyada 4 il ərzində şəkər xəstələrini öyrənməyə çalışıblar. Yenə iştirakçıların yarısı düzgün qidalanmağa çalışdığı halda, qalanları həyat tərzində dəyişiklik etməyib. Bu dəfə də ciddi fərq nəzərə çarpmayıb. Sadəcə, birincilərdə şəkər yaranma riski 1,9 faiz azalıb. Halbuki xeyli böyük nəticə gözlənilirdi.

Günter Brandşetter yazının sonunda sağlam qidadan imtinanı istənilən halda düzgün saymadığını bildirir. Jurnalistin fikrincə, doğru qidalanmaq bizi xəstəliklərdən az da olsa, uzaq tuta bilər.

Son xəbərlər
Bütün xəbərlər »