Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramiz Rzayev: “Jurnalistləri məhkəməyə buraxmamaqla səhv edirlər”
“Mən dəfələrlə demişəm, bir daha bununla bağlı həmin məhkəmə sədrləri ilə danışaram”

“Jurnalistlərin məhkəmə proseslərinə buraxılması yalınız qapalı keçirilən proseslərdə məhdudlaşdırıla bilər. Açıq məhkəmə prosesində iştirak etmək isə jurnalistin hüququ və vəzifəsidir”.

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev Bizimyol.info saytının əməkdaşının sualını cavablandırarkən deyib. Jurnalist sualında qeyd edib ki, bir çox məhkəmələrdə, xüsusilə də Bakı Hərbi Məhkəməsinin baxdığı açıq proseslərə media nümayəndələrinin daxil olmasına məhdudiyyət qoyulur.

Ramiz Rzayev isə bildirib ki, bu tamamilə qanunsuzdur. "Əgər baxılan işdə hərbi, dövlət, ailə və ya kommersiya sirri təşkil edən məlumatlar varsa, bu halda proses qapalı keçirilə bilər. Bu da əvvəlcədən elan edilir. Açıq məhkəmə iclaslarını isə jurnalistlər sərbəst şəkildə izləyib yaza bilər. Bakı Hərbi Məhkəməsi jurnalistləri belə proseslərə buraxmırsa, düz etmirlər. Mən dəfələrlə demişəm, bir daha bununla bağlı həmin məhkəmə sədrləri ilə danışaram. Bu sizin hüququnuzdur və açıq məhkəmə proseslərində peşə fəaliyyətinizi sərbəst davam etdirə bilərsiniz" – deyə sədr bildirib.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »