Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəzinə axtarırdı, 15-ci əsr kralına aid qiymətli əşya tapdı - Fotolar

İngiltərədə xəzinə axtaran qiymətli, bir bu qədər də sürpriz əşya ilə qarşılaşıb. Linkolnşir qraflığından olan macəraçı qadın kral IV Eduardın papaq sancağını tapıb.

Bizimyol.info xəbər verir ki, 42 yaşlı Liza Qreys XV əsrə aid qiymətli əşya aşkar edib. Ona metalaxtaran cihazın köməyi dəyib. Bir az qazandan sonra daş-qaşla bəzənmiş papaq sancağını görüb. Liza tez dostlarının yanına tələsib. Sonra tapıntını mütəxəssislərə göstəriblər. Əşyanın IV Eduarda məxsus olduğu üzə çıxıb. Kral bunu döyüşlərin birində itiribmiş.

Xəzinə axtaran kralın qiymətli əşyasını tapdı Foto: Dukes / BNPS

İndi əşyaya həm kolleksionerlər, həm də muzeylər böyük maraq göstərməyə başlayıb.

Xəzinə axtaran kralın qiymətli əşyasını tapdı Foto: Dukes / BNPS

Papaq sancağına görə 10-15 min funt sterlinq (13-19,5 min dollar) təklif olunur.

Son xəbərlər
Bütün xəbərlər »