Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət qurumunun adından istifadə edən şəxs ifşa olunub - Foto
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qurumun adından istifadə edən növbəti şəxs ifşa edilib.

Oxu.Az xəbər verir ki, agentliyin apardığı araşdırma zamanı özünü AQTA əməkdaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Zaqatala” kafesinin sahibindən qanunsuz olaraq 39 manat 80 qəpik pul alması ilə bağlı şikayət öz təsdiqini tapıb.

Belə ki, kafenin sahibi tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxsin video görüntülərinin olduğu müəyyən edilib.

Qida Təhlükəsizliyi Agentliyi görüntülərdə əks olunan həmin şəxsin Agentliyin əməkdaşı olmadığını bildirib və faktla bağlı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün məlumatların hüquq-mühafizə orqanlarına göndərib.

Agentlik sahibkarlara özünü qurumun əməkdaşı kimi təqdim edən şəxslərdən ilk növbədə xidməti vəsiqələrini və yoxlama haqqında müvafiq sənədi təqdim etmələrini tələb etməyi tövsiyə edir, hər hansı şübhəli məqam olduğu təqdirdə hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı “Qaynar xətt”inə məlumat verməyi xahiş edir.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Gürcüstanın bizi dəstəkləməsi boş yerə olmayıb, ciddi səbəbləri var idi"
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
Son xəbərlər
Bütün xəbərlər »