Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixçi yanğın qurbanlarını aşağıladı, studiyadan qovuldu - Video

Rusiyanın “Birinci” kanalında yayımlanan “Zaman göstərəcək” tok-şousunun efirində tarixçi Aleksandr Sıtin Notr-Damdakı yanğını müzakirə edən zaman 2014-cü il Odessa yanğını qurbanları haqqında birmənalı olmayan ifadələr işlədib.

Bu barədə Lenta.ru məlumat yayıb.

“Siz Avropanın ən önəmli, mədəni dəyər daşıyan binalarından birində baş verən yanğını 2014-cü il mayın 2-də Odessada az önəmli insan materialının məhv olması ilə müqayisə edirsiniz”, - deyən tarixçinin bu fikri dərhal auditoriyada qıcıq oyadaraq, etirazlar və qəzəb dolu replikalarla müşayiət olunub.

Aleksandr Sıtin Aleksandr Sıtin

Bundan sonra aparıcı Anatoli Kuziçev Sıtinin studiyanı tərk etməsini tələb edib.

Xatırladaq ki, 2 may 2014-cü ildə Odessada Avromaydan fəalları ilə Ukrayna federalizasiyasının tərəfdarları arasında qanlı toqquşmalar baş verib. Münaqişənin gedişində ukraynalı millətçilər düşmənlərini Həmkarlar İttifaqı binasına toplayaraq, onlara Molotov kokteylləri atıb. Hadisə nəticəsində 40-dan çox adam diri-diri yanıb, 174 nəfər yaralanıb. “2 may hadisələri” ilə bağlı məhkəmə araşdırması indiyə kimi yekunlaşmayıb. (oxu.az)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »