Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan möcüzələri - Palçıq vulkanları - Video

Azərbaycan dünyada palçıq vulkanlarının unikal və klassik inkişaf regionu kimi tanınır. 400 yaxın palçıq vulkanı Azərbaycanda yerləşir.

Son illər bu vulkanların ərazisi dağıdılır, inşaat işləri aparılır. Vulkanların püskürmə ehtimalı olunan ərazilərdə yaşayış binaları inşa olunub.

Bu səbəbdən ölkə ərazisində mövcud olan palçıq vulkanlarının mühafizəsini təşkil etmək aktualdır.

Bu və digər məsələlərlə bağlı Azərbaycan Çoğrafiya Cəmiyyətinin üzvü Üzeyir Mikayıl bizimyol.info-ya danışıb.

O, təbiət abidəsi olan palçıq vulkanlarını püskürmə intensivliyinə və fəaliyyətinə görə aktiv, passiv və sönmüş vulkanlar qrupuna bölündüyü deyib: “Aktiv palçıq vulkanlara səhtində qrup halında fəaliyyətdə olan qrifonları, salzaları olan, passiv vulkanlara isə səhtində tək-tək və xırda, kiçik ölçülü qrifonları, salzaları olanları aid etmək olar. Sönmüş palçıq vulkanlarda fəaliyyətdə olan qrifon və salzalara rast gəlinmir”.

https://www.youtube.com/watch?v=v5jkDO1SK48

Son xəbərlər
Bütün xəbərlər »