Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qədim Misir haqqında populyar mif təkzib olundu

Kanadanın Albert Universitetinin alimləri qədim misirli qadın qalığını daha yaxşı analiz edib öyrəniblər. Nəticə 50 ilə yaxın formalaşan mifi təkzib edib.

Bizimyol.info xəbər verir ki, indiyə qədər Qədim Misirdə qadınların heç vaxt kişi işləri görmədiyini düşünürdülər. Tapıntının öyrənilməsi isə gerçəyi ortaya qoyub. Misirli qadın papirusdan məişət predmetləri hazırlayırmış.

Qalığı ötən əsrin 70-ci illərində Mendes nekropolunda aşkar etmişdilər. Elektron mikroskop və mikroqrafın köməyi ilə qadının təxminən 4 min il əvvəl yaşadığını müəyyənləşdirmişdilər. Bir az da dəqiqləşdirsək, onun eramızdan əvvəl 2181-2055-ci illər aralığında yaşadığı öyrənilmişdi.

Qadının ağzındakı 24 dişindən 16-sı sıradan çıxıbmış. O, papirusdan əsasən qutular, səbətlər düzəldirmiş. Bundan başqa, sandallar, pərdələr, kiçik xalçalar da hazırlayırmış.

Əvvəllər hesab olunurdu ki, Qədim Misirdə qadınlar yalnız öz cinsinə xas işlərlə məşğul olurmuş. Onların daha çox 7 sənəti olduğu güman edilirdi. Qadınların kahinə, müğənni, rəqqas, musiqiçi, mərsiyəçi, dərzi və mamaça ola bildiyini düşünürdülər. Araşdırma son illərin mifini dağıtdı.

Paylaş »
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› “Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”
››› 111 yaşlı qoca uzunömürlülüyünə səbəb olan qəribə qidanın adını açıqladı
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› "Azərbaycanlılar heç yerə getməyiblər, əksinə, 200-300 metr də irəli gəliblər”
››› “Qərblə yaxınlaşmaq Azərbaycana Rusiyaya qarşı manevr imkanı verəcək”
Son xəbərlər
Bütün xəbərlər »