Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan Azərbaycanla olan problemini həll etməlidir” - Türkiyəli deputat

AKP-nin Ordudan olan millət vəkili Mətin Gündoğdu Yerevanda Qaradəniz İqtisadi Əməkdaşlıq Parlamentlərarası Assambleyasının iclasına qatılıb.

“Qafqazinfo” xəbər verir ki, deputat iclasdan sonra ermənistanlı jurnalistlərin suallarını cavablandırıb. O, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırması üçün yeni hökumətin Azərbaycanla olan problemləri həll etməli olduğunu deyib:

“Ermənistan diasporu ölkəyə zərər verir və qapıları bağladır. Gərgin mühitdə problem həll edilə bilməz. Ermənistan yeni hökuməti ilə dünyaya açılmalı və iqtisadiyyatını gücləndirməlidir. İki dövlət bir millət olduğumuz Azərbaycanı özümüzdən ayırmırıq. Azərbaycan bizim üçün qırmızı xətdir. Ermənistan Azərbaycanla olan problemlərini həll etməlidir. Regionun rifahı və bölgədə yaşayanlar üçün bu çox önəmlidir. Bunu edə bilsəniz, güclü coğrafiya qura bilərik”.

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »