Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail hökumətini formalaşdırmaq Binyamin Netanyahuya həvalə edildi

İsrail hökumətini formalaşdırmaq yenidən Binyamin Netanyahuya həvalə edilib.

Yerli mətbuat yazır ki. Likud, ŞAS, “Yaadut a-Tora”, İhud Mifalaqot a-Yamin, Evimiz İsraildir və Kulanu partiyaları hökumət qurmağı Binyamin Netanyahuya tapşırıblar. O, bununla da 65 deputatın dəstəyini qazanıb.

İsrail Prezidenti Reuven Rivlin partiyalarla hökumətin formalaşdırılması ilə bağlı danışıqlardan sonra qeyd edib ki, bu, son nəticə deyil: “Şikayət və müraciətlərin araşdırılması davam edir. Bu, hələ son nəticə sayılmır”.

Mərkəzi Seçki Komissiyasının nümayəndəsi deyib ki, seçkilərin yekunu aprelin 17-də açıqlanacaq, bu tarixdən etibarən 28 gün ərzində hökumət formalaşdırılmalıdır. Bu müddət kifayət etməsə, onda hökuməti formalaşdırmaq üçün Netanyahu daha 14 gün möhlət götürə bilər.

Qeyd edək ki, aprelin 10-da İsraildə parlament seçkiləri keçirilib. (Virtualaz.org)

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »