Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Safir daşları haqqında bilməli olduğunuz 11 fakt
Safir daşları misilsiz gözəlliyi sahibdir. Hələ ki, bu daşlara zərgərlərin incə toxunuşları və yaradıcılığı əlavə olunanda çox gözəl əsərlər ortaya çıxır. Safir daşları haqqında maraqlı 11 fakt təqdim edirik.

1. Safir daşları min illərdir xəzinələrdə saxlanılır. Antik romalılardan etibarən safir daşları zərgərlik əşyası olaraq istifadə edilir.

2. Ən bilinən safir göy rəngin müxtəlif tonları olsa da göy qurşağının digərləri olan çəhrayı, narıncı və yaşıl rənglərdə də qarşımıza çıxır. Qırmızı safir isə rubin adlanır.

3. Safirlər öz rəngini materialın içində olan elementlərdən alır. Əgər safir dəmir və titandan ibarətdirsə göy, xromdan ibarətdirsə çəhrayı, əgər xrom daha çoxdursa rubinə çevrilir.

4. Ən nadir tapılan safir daşı çəhrayıya bənzər narıncı rəngli padparadşa-dır. Padparadşa Sanskrit dilində lotus gülü mənasına gəlir.

5. Safirlər təbiətdə öz varlığını qoruyan ən davamlı daşdır. Özəlliklə nişan üzüyü kimi uzun illər taxılan cəvahiratda bu vacib rol oynayır.

6. Safir daşları möhkəmliyinə görə sənayedə də istifadə edilir. Apple şirkəti, istehsal edəcəyi saatların ekranında safirdən istifadə edəcək.

7. Safir daşları dünyanın bir neçə yerində əldə olunur. Avstraliya, Malavi, Madaqaskar, Şri-Lanka və ABŞ ən bilinən yerlərdir.

8. Tarixdə fərqli mədəniyyətlərdə safir daşları mistik rol oynayıb. Antik dövrdə safir daşlarının insanları şeytandan qoruduğuna inanılırdı. Orta əsrlər Avropasında safir göz xəstəliklərinin müalicəsində istifadə edilirdi.

9. Müasir dövrün ən məşhur safir daşı Şahzadə Charles’ın Dianaya 1981-ci ildə verdiyi nişan üzüyüdür. 18 karat olan həmin üzük hal hazırda şahzadə Katerinadadır.

10. Fransa imperatoru Napoleon Bonapart 1796-cı ildə öz sevgilisinə nişan üzüyü hədiyyə etmişdi. Həmin üzük bu yaxınlarda çıxarılan hərracda bir neçə milyon dollara satılıb.

11. Dərin mavi safir uzun müddət kralların simvolu olaraq tanınıb. Krallar həmin daşların onları düşmənlərdən qoruduğuna inanırdı.

pahoo.az

Son xəbərlər
Bütün xəbərlər »