Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərcell" narazı vətəndaşın şikayətini cavablandırdı - Foto

"2019-cu ilin fevral və mart aylarında Azərsell danışmadığım halda mənə 100 manatdan artıq ziyan vurub. Əvvəllər mənə məxsus olan 050 363 00 01 mobil telefon nömrəsinin daşınma xidməti ilə "Bakcell" mobil şirkətinə -ə keçirmişdim və normal xidmət göstərilirdi. Verilən internet və danışıq üçün nəzərdə tutulan 25 manatlıq paket danışıqlarımı tam ödəməsə də əlavə 5-10 manat ödəməklə telefon ehtiyaclarımı tam yerinə yetirə bilirdim. Sonra "Azərcell"-dən mənə zəng vurub bildirdilər ki, həmin paketin qiymətinə biz sizə daha çox danışıq və internet təklif edirik və yenidən "Azərcell"ə qayıdaraq peşman oldum. İndi nəinki 25 manatdan artıq 5-10 manat ödəməklə telefon danışıqlarıma olan ehtiyacımı ödəyə bilirəm, heç 50 manatdan çox ödəməklə də əvvəllər eyni miqdar danışdığım dəqiqələrin öhdəsindən gələ bilmirəm.

"Azərcell"in 25 manatlıq hədsiz danışıq paketindən istifadə etsəm də hər ay mənim nömrəmə əlavə borc yazılır. "Azərcell"in müştəri xidmətindən bununla bağlı izahat istəsəm də, onlar mənə məsələnin araşdırıldığını bildirdilər. Hər dəfə 050 363 00 01 nömrəsinə 50 manat yükləyirəm 10 manatlıq danışmamış mənə SMS gəlir ki, borcunuz var. Halbuki mən fakturalı abonent deyiləm. Hesabdakı dəqiqələr bitəndən sonra da mənə borc yazıla bilməz"

Bu sözləri Milletinsesi.az saytına "Azərcell" şirkətindən şikayətçi olan vətəndaş Pərviz Səxavət oğlu bildirib.

Onun şikayəti ilə bağlı Bizimyol.info-nun “Azercell Telekom” MMC-yə göndərdiyi sorğuya verilən cavabda isə bildirilib ki, şirkət heç bir səhv və qüsura yol verməyib, eyni zamanda şirkət internet xidmətindən istifadə zamanı mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürməyib. Bu səbbədən də vətəndaş şikayəti ilə bağlı müştəri xidmətlərinə müraciət edə bilər:

"Diqqətinizə çatdırırıq ki, 0503630001 nömrəsində istifadə haqlarının hesablanmasında “Azercell Telekom” MMC tərəfindən hər hansı səhvə və ya qüsura yol verilməmişdir. Müvafiq nömrədə müxtəlif çeşidli telekommunikasiya xidmətlərindən istifadə edilmiş və tariflərə uyğun olaraq da haqq hesablanaraq öz əksini tapmışdır. “Azercell Telekom” MMC tərəfindən təqdim etdiyi telekommunikasiya xidmətlərindən (o cümlədən Mobil İnternet xidmətindən) istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin internet xidmətindən istifadə zamanı mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməmişdir. Abunəçilər nömrələrinin balanslarına kifayət qədər şəffaf formada, müxtəlif xidmətlər vasitəsi ilə nəzarət etmək imkanına malikdirlər. Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən nömrə ilə bağlı məlumatlar məxfi hesab olunduğundan, yalnız abunəçiyə (nömrə adına rəsmiləşdirilmiş şəxs) təqdim oluna bilər. Göstərilənləri nəzərə alaraq ətraflı məlumat təqdim edilməsi hazırda mümkün deyil. Abunəçi, MX ofislərinə və ya TM-ə müraciət edərək, nömrədəki istifadə ilə bağlı ətraflı məlumat əldə edə bilər".

Bizimyol.info

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
Son xəbərlər
Bütün xəbərlər »