Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnsanlar niyə pis liderlərin arxasıyca gedir? - ARAŞDIRMA
Liderlik qabiliyyəti hər insana nəsib olmayan bir xüsusiyyətdir. Bəs niyə dünyanın hər tərəfi pis liderlərlə boldur? Psixoloq Robert Hogan iş dünyasındakı menecer və liderlərin çoxunun bacarıqsız olduğunu deyir. Siyasət dünyasını da bura aid etmək olar. Yəni, hər yerdə pis liderlərə aid əhvalatlar çoxdur. Bəs bu niyə belədir? İnsanlar niyə pis niyyətli liderlərin arxasıyca gedir?

İnsanların bir çoxu yaxşı lideri necə müəyyən edəcəklərini bilmirlər. Çünki bir çox hallarda cəmiyyətin mənafeyini düşünməkdənsə, öz xeyirlərini düşünür və mühakimələrindən yola çıxırlar. Pahoo.az pis insanların arxasıyca getməyimizin səbəblərini sizə təqdim edir. Oxuyun və seçimləriniz barədə yenidən düşünün.

Bizi pis niyyətli liderlərin arxasıyca aparan səbəblər:

1. Liderlik xüsusiyyətlərini səhv dəyərləndiririk.

Güclü, özünə inanan liderlərə dəyər vermək istədiyimiz halda, təkəbbürlü və narsist insanların toruna düşür, onları birincilərdən ayırmaqda çətinlik çəkirik. Tədqiqatlar göstərib ki, ən pis liderlər narsist və təkəbbürlü olanlar arasından çıxır. Pis liderlər öz hərəkətlərinin qeyd-şərtsiz doğru olduğuna inanır, başqalarının fikrinə qulaq asmır və səhvlərindən nəticə çıxarmırlar. Yaxşı liderlər isə təvazökar şəxsiyyət sahibidirlər və hər zaman haqlı olduqlarını düşünmək əvəzinə, öyrənməyə, inkişaf etməyə daima meyllidirlər.

2. Uğurlu olmaqla liderliyi bir-biri ilə eyniləşdiririk.

Nəticələrin necə əldə edildiyini düşünmək əvəzinə, sadəcə əldə edilən şeyə fikrimizi yönəldirik. Həqiqətən də yaxşı lider olanlar uğurlu insanlardır, lakin həm də etdikləri işlərin əxlaqi tərəfdən doğru olduğuna da əhəmiyyət verirlər. Yaxşı liderlər təkcə onları dəstəkləyənləri deyil, hər kəsi təmsil edirlər və cəmiyyətin hər qrupu üçün minimal zərər verə biləcək qərarlar qəbul edirlər.

3. Gücə etiqad edirik

Liderlik üzrə mütəxəssis Jean Lipman-Blumen “Toxic Leadership” (Zəhərli Liderlik) adlı kitabında bir çox insanın pis liderlərin arxasıyca getməsinin səbəbini insanların gücə təslim olmasında görür. Onlar gücə etiqad edərək, pis insanları dəstəklədikdə, həmin insan daha çox güclənir və etdiyi pisliklərə daha çox haqq qazandırır. Bu gücü onunla paylaşmaq istəyənlər də gözüyumulu həmin insanın tərəfində dayanırlar.

4. Liderlərdən haqqımızı tələb etmirik

Ümumilikdə liderlərin fəaliyyəti qarşısında kor təqlidi edirik, onların etdikləri hər şeyin doğru olduğuna özümüzü və ətrafımızı inandırmağa çalışırıq. Halbuki, liderlər etdikləri hər hərəkətə görə məsuliyyət daşıyır və bizim onlardan bunu tələb etməyimiz də normal bir şeydir. Arxasıyca getdiyimiz liderlər səhv yola döndüklərində, onların qarşısında durmalıyıq.

5. Liderlərin hərəkətlərini rasionallaşdırırıq

Liderlərə hər hərəkətlərinə görə “giriş icazəsi” veririk və digərlərindən üstün haqlar təqdim edirik. Bir sözlə, çox asanlıqla onlar üçün hər işi özümüz həll edirik.

Son xəbərlər
Bütün xəbərlər »