Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qiymət artımı Statstika Komitəsinin açıqladığından 7-8 dəfə çoxdur - Açıqlama
Nazim Bəydəmirli: “Hamı gündəlik artımı gördüyünə görə, bu rəqəmlərə inanmır”

“Azərbaycanda nəinki proqnoz verənlər və bu sahənin mütəxəssisləri, heç vətəndaşlar da bu statistikaya inanmırlar. Çünki hamı gündəlik artımı öz gözləri ilə görür. Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlə bizim gördüyümüz rəqəm heç vaxt üst-üstə düşmür”.

Bunu Bizimyol.info saytına açıqlamasında sabiq deputat, iqtisadçı professor Nazim Bəydəmirli deyib. O, 2018-ci ilin müvafiq dövrünə nisbətən bu ilin yanvar-mart aylarında qiymətlərin bahalaşması ilə bağlı Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmləri şərh edib.

Nazim Bəydəmirli

Statistikaya görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,1%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,5%, qeyri-ərzaq mallarının qiymətləri 1,2%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,6% bahalaşıb.

Nazim Bəydəmirli isə bildirir ki, infilyasiya ilə bağlı rəqəmlər açıqlanan zaman hər ölkənin özünəməxsusluğu var. “Adətən fərq bir neçə dəfə artıq olur. Hətta hökumətin əsasən istinad etdiyi və kopyaladığı ölkələrdə rəsmən elan edirlər ki, infilyasiya baxımından staistika komitəsinin verdiyi rəqəmlə real statistikada ən azı 3 dəfə fərq var. Bizdə infilyasiyanı yaradan əsas səbəblərdən biri idxal olduğuna görə həmişə gömrüyün üzərinə gəlir. İdxal infilyasiyası bizdə üstünlük təşkil edir. Təxminən son 1 il yarım ərzində şəffalnadırma prosesi gedir. Gələn məhsulların hamısı statistikaya alındığına, həm də bu statistikanı Vergilər Nazirliyi apardığına görə, gömrükdə gizlətmələr azalıb. Gömrük daxilolmaları çoxladığına görə, fikirmcə, əslində qiymət artımı ötən ilin müvafiq dövrünə nisbətdə 10-15 faizdən yuxarıdır. Yəni real rəqəmlərin nəinki 3 dəfə, hətta açıqlanan rəqəmdən 7-8 dəfə artıq olduğunu düşünürəm”. Statistika Komitəsinin məlumatında həmçinin bildirilir ki, bu ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,3%, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb.

Ay ərzində bahalaşan ərzaq məhsulları:

Çörək, makaron məmulatları, qoyun əti, kolbasa məmulatları, təzə balıq, pasterizə olunmamış üzlü süd, yoqurt, kəsmik, zeytun yağı, limon, naringin, portağal, banan, alma, armud, heyva, nar, kivi, kələm, göyərti, xiyar, pomidor, balqabaq, bibər, çuğundur, kartof, soğan, sarımsaq, energetik içkilər

Ay ərzində ucuzlaşan ərzaq məhsulları:

Mal və toyuq əti, sterilizə olunmuş üzlü süd, xama, süfrə marqarini, qarğıdalı yağı, yumurta, qoz, fındıq, şabalıd, badımcan, yerkökü, quru noxud və lobya, mərci, şəkər tozu, duz

DSK-nın məlumatına görə, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində bahalaşan qeyri-ərzaq məhsulları:

Parçalar, xalça və digər döşəmə örtükləri, mebel və ev əşyaları, velosipedlər, televizorlar, dəftərxana ləvazimatları, sement, kərpic, nitro və yağlı boyalar

Ay ərzində ucuzlaşan qeyri-ərzaq məhsulları:

Kəsilmiş taxta, sulu boya, kondisionerlər, mobil telefonlar və planşet tipli kompüterlər

Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mart ayında fevral ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, məişət cihazlarının təmiri, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin, istirahət turlarının qiymətləri bahalaşıb, dəmir yolu nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, otel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Orta aylıq əməkhaqqı - 555 manat

Bundan başqa, statistikaya görə, bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,6% artaraq 554,9 manata çatıb.

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
Son xəbərlər
Bütün xəbərlər »