Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur restoran mikrorayonu dumana qərq edir - Video
Son zamanlar restoranların sayının artması ekologiyanın da çirklənməsinə, atmosferə müxtəlif tullantıların atılmasına gətirib çıxardır.

Bununla bağlı jurnalistlərə açıqlama verən ETSN-nin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev bildirib ki, daxil olan şikayətlər əsasında mütəmadi reydlər keçirilir, hava filtirlərinin vaxtında dəyişdirilməsi yoxlanılır. Anar Tağıyev həmçinin onu da əlavə edib ki, havaya normadan artıq tullantı atan 31 obyektə xəbərdarlıq edilib:

"Bəzi şadlıq sarayları və restoranlardan havaya tüstünün, iy-qoxunun yenidən yayılması ilə bağlı ETSN-yə şikayətlər daxil olduğundan tərəfimizdən təkrar monitorinqlərə başlanılıb. Keçirilən monitorinqlər zamanı təmizləyici qurğuların filtrlərinin vaxtaşırı təmizlənmədiyi səbəbindən 31 obyektdən havaya yenə də normadan artıq tullantıların atıldığı məlum olub. Bunlar "Real", "Golden Ring", "Sonalar Sonası", "Milord", "Həyat", "Cənnət", "Flaminqo", "Qızıl Buta", "Madonna", "Afrodita", "Oazis", "Qızıl Tac", "Gold Palace", "Niel", "İdeal", "Şəhanə" və digər şadlıq saraylarıdır ki, onların sahiblərinə çirklənmiş filtrlərin vaxtlı-vaxtında dəyişdirilməsi barədə göstərişlər verilib. Araşdırma və monitorinqlər davam etdirilir".

Nazirlik rəsmisinin açıqlamasından və sözügedən restoranlara xəbərdarlıq edilməsindən bir neçə gün sonra, yəni 16 fevral tarixində xəbərdarlıq edilən obyektlər siyahısında adı olan "Sonalar Sonası" şadlıq sarayının yeni görüntüləri sosial şəbəkələrdə yayılıb. Yayılan görüntülərdə isə şadlıq sarayının bacasından tüstünün çıxdığı, ətrafı dumana qərq etdiyi açıq-aydın görünür.

Yayımlanan görüntünü oxucularımıza təqdim edirik:

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »