Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Timsahın qorxusundan soyuducuda gizləndi, ayağını itirdi

Kiçik su hövzələrinə baş vuranda timsahla qarşılaşmaq ehtimalını da unutmaq olmaz. Əks halda yamaykalı Naycel Geyl kimi ayağını itirmək mümkündür.

Bizimyol.info xəbər verir ki, hadisə Pur-Menz-Korner şəhərinin çimərliyində baş vurub. İşıq ustası ağır iş günündən sonra bir az üzmək qərarına gəlir. Bəxti gətirmir, timsahla qarşılaşır. Su sakini onun ayağını dişləyir. Naycel ayağını timsahın dişlərinin arasından çətinliklə xilas edir, amma sahilə çıxmağa imkan tapmır. Köməyinə suda üzən köhnə soyuducu çatır. Soyuducunun içinə girən Geyl səhərə qədər orada qalır. Ayağını kəmərlə sıxsa da, itkidən qaçmaq olmur. Onu səhər xəstəxanaya çatdırıb, həmin ayağını kəsiblər.

Ümumiyyətlə, Yamaykada timsah çoxdur. Onların uzunluğu bəzən 4 metrə çatır.

Keçən il Yamaykada timsah 67 yaşlı kişini öldürmüşdü. Polis adamı sürünənin ağzından çıxarmaq üçün onu boğazından güllə ilə vurmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »