Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sürüşmə nəticəsində ailə evsiz qaldı – Foto, Video

Torpaq sürüşməsi nəticəsində Astara rayonu Sığaloni kənd sakinin evi uçub.

Bizimyol.info xəbər verir ki, torpaq sürüşməsi nəticəsində İskəndərova Təcribə Cümşüd qızının ailəsi evsiz qalıb.

“Mənim 70 yaşım var. Hazırda sonuncu övladımın ailəsi ilə birlikdə yaşayıram. Evimiz 40 il bundan öncə yerli materiallardan inşa edilib. Ev həddindən artıq köhnə olduğu üçün sürüşmə nəticəsində uçub. Təsəvvür edin ki, həyat yoldaşım və mən, eləcə də, oğlum, həyat yoldaşı və onların iki övladı qohum-qonşu evində qalmağa məcbur olmuşuq”,-deyə T.İskəndova bildirib.

Astara rayonu Sığaloni kəndində sürüşmə

Onun sözlərinə görə, evsiz qalması ilə bağlı müvafiq qurumlara müraciət edib: “Müraciətimiz nəticəsində yerli icra nümayəndəsi əraziyə gəldi. Xüsusi çadrla və lazımi əşlalarlə təmin edəcəklərinə söz verdilər. Amma bu günə qədər səs-soraq yoxdur”.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Gürcüstanın bizi dəstəkləməsi boş yerə olmayıb, ciddi səbəbləri var idi"
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
Son xəbərlər
Bütün xəbərlər »