Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın astronavt kosmosda rekord müddətdə vaxt keçirəcək - Foto

Beynəlxalq Kosmik Agentliyin astronavtı Kristina Kuk qadınlar arasında yeni rekorda hazırlaşır. O, kosmosda bir ilə qədər vaxt keçirəcək.

Bizimyol.info xəbər verir ki, indi göyün dərinliklərində olan astronavt Yer kürəsinə oktyabrın 3-də qayıtmalıydı. Amma NASA-nın xahişi ilə kosmosda bir az da artıq zaman keçirəcək. Oktyabrda Aleksey Ovçinin və Nik Heyq yaşıl planetə qadın kosmonavtsız qayıdacaq. Kuk yaxınlarını yalnız gələn ilin fevralında görəcək. Beləcə, kosmosda keçirilən günlərin sayı 329-a çatacaq.

Astronavt Kristina Kuk Astronavt Kristina Kuk | Foto: Mixail Voskresenskiy / RİA

İndiyə qədər qadın astronavtlar arasında rekordun müəllifi Peqqi Uitson idi. O, kosmosda 289 gün keçirmişdi.

İlk dəfə kosmosda bir illik periodu başa vuranların arasında bakılı astronavt da olmuşdu. Musa Manarov 1987-1988-ci illərdə Aleksandr Titov ilə birlikdə 366 gün Yer kürəsindən kənarda yaşamışdı. Kişilərin rekordunun müəllifi isə 1994-1995-ci illərdə “Mir” kosmik gəmisi ilə uzaqlara uçan Valeri Polyakov olmuşdu. Rus astronavt kosmosda 438 sutka keçirmişdi.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »