Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müasir insan sifətinin yaranma səbəbləri ilə bağlı yeni versiya açıqlandı

Kanadanın York Universitetinin alimləri müasir insanın yaranması, formalaşması ilə bağlı yeni versiya irəli sürüblər. Yəni alimlər insanın hazırkı sifət quruluşunun formalaşmasını şərtləndirən amilləri müəyyən ediblər. Elm adamlarının fikrincə, insan üzünün təkamülü sosial bacarıqlara ehtiyacdan baş verib.

Bizimyol.info xəbər verir ki, tədqiqatçılar insanların sağ qalmasının böyük sosial şəbəkələrin formalaşmasıyla bağlayırlar. Çünki belə şəraitdə jestlərlə danışmaq, qeyri-şifahi ünsiyyət bacarıqları çox vacibdir. Bu amillər pəhriz və iqlimlə yanaşı, müasir insan üzünün formalaşmasına birbaşa təsir edir. İndi insanlar 20-dən çox fərqli emosiyaları ifadə edə bilirlər. Halbuki əcdadlarımızın bu qədər bacarıqları yox idi.

Məhv olan növlərdə alın çox qabarıq olurdu. “Homo sapiens” bu mənada fərqlənir. Müasir insanda alın daha hamardır. İnsan üzü xeyli incə hala gəlib. Qaşların qabarıq görünməsi yalnız müsbət emosiyalar ötürməyə kömək edir.

İnsanın yemək hazırlamaq bacarığı sifət quruluşuna çox təsir göstərib. “Homo sapiens”in üzü daha balacadır. Nəticədə uzun çeynəmə ehtiyacı azalıb. Çənə əzələlərinin azalması da buna görədir. Bu tendensiya kənd təsərrüfatının inkişafı və böyük şəhərlərin yaranması ilə davam edib.

Bu versiya insanın yaranma səbəbi ilə bağlı yeni versiya irəli sürmür, sadəcə olaraq, təkamül nəzəriyyəsinə söykənərək müasir insan sifətinin formalaşması səbəblərini irəli sürür.

Paylaş »
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› Vladimir Putin: “Faşist ideologiyası yenidən gündəmə gətirilir”
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Keçmiş baş nazirin gölündə ölümcül... müalicə - Video, Fotolar
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »