Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüfət Axundov yenidən efirə çıxdı və efirdəki söyüşlə bağlı açıqlama verdi

"Space" telekanalının "Hər səhər" verilişində müğənni Rüfət Axundov və əməkdar artist Rəşad İlyasovun işlətdiyi qeyri-etik ifadələr ölkə gündəmini zəbt edib.

Milli.Az xəbər verir ki, hətta bu söyüşə görə Rüfətə Azərbaycan telekanallarında çıxışına qadağa qoyulduğu deyilsə də, müğənni bugün "Hər şey daxil"də qonaq olub.

Rüfət Axundov xoşagəlməz olayla bağlı canlı yayımda açıqlama verib:

"Kiməsə maraqlıdırsa, o kadrlara yenə də baxa bilər. O səs mənim mahnımın üstündə olmuşdu. Açıqlamamda da demişdim ki, o montajdır. Nəyə montaj demişdim? - Mən mahnımı diskdən oxumuşamsa, gətirib diski səs rejissoruna təhvil vermişəmsə, mən alnıaçıq mahnımı oxuyuram. Bilirəm ki, ağzımı açıb bağlayıram. Əgər bu fonoqramın üstündən hansısa bir ifadə istifadə olunursa, burada mənim nə günahım var? Belə bir situasiyaya həyatımda birinci dəfə idi düşürdüm. Mənim səsimin üstündən səs gedirsə, bu montaj adlanır. MTRŞ-nın düzgün, ədalətli qərarına görə, onlara təşəkkür edirəm. Burada mənim təqsirim varsa, mən xalqımdan yenə də üzr istəməyə hazıram".

Qeyd edək ki, müğənni həmçinin Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin vokal kursunun rəhbəri vəzifəsindən də azad edilib.

Son xəbərlər
Bütün xəbərlər »