Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zidan “Mançester Yunayted”in futbolçusuna görə 150 milyon avro təklif etdi

“Real” yayda böyük ehtimalla heyətinə “Çelsi”dən Eden Azarı qoşacaq. “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba da gələn mövsümdən Madrid klubunda oynaya bilər.

Bizimyol.info xəbər verir ki, İspaniya futbol nəhəngi Zinəddin Zidan baş məşqçi postuna gələndən sonra transfer müstəvisində çox fəallaşıb. Düzdür, hələ futbolçu keçidi dövrü deyil. Amma “Real”ın yayda böyük transferlər həyata keçirəcəyinə şübhə etməyə dəyməz.

Pol Poqba Pol Poqba | Foto: Getty Images

Avropa mətbuatının yazdığına görə, Madrid təmsilçisi Poqba üçün “Mançester Yunayted”ə 150 milyon avro ödəməyə hazırlaşır. Əslində, Fransa milli komandasının futbolçusu İngiltərə klubunda özünü yaxşı hiss edir. Poqba “Mançester Yunayted”in keçmiş baş məşqçisi Joze Mourinyo ilə yola getmirdi. Ule Qunnar Sulşer gələndən sonra yarımmüdafiəçi komandanın liderlərindən birinə çevrilib.

Poqbanın “Mançester Yunayted”lə 2021-ci il qədər müqaviləsi var. Tərəflər yeni anlaşmanı müzakirə edəcək. Poqba üç il əvvəl “Yuventus”dan “Mançester Yunayted”ə 114 milyon avroya transfer olunmuşdu.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »