Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
14 il sonra başa düşüb ki, lotereya şirkətinin ona milyonlarla borcu var

ABŞ-ın Boulder şəhərinin sakinlərindən biri lotereya keçirən şirkətin ona 4,8 milyon dollar ödəməli olduğunu bildirir. Kolorado ştatında yaşayan kişi 14 il əvvəl ona az məbləğ verildiyini bildirir.

Bizimyol.info xəbər verir ki, Əmir Məssihzadə 2005-ci ildə lotereyada uduş əldə etmişdi. Sadəcə, onda koloradoluya daha bir neçə qalibin olduğunu söyləmişdilər. Məbləğ qaliblər arasında bərabər bölünmüşdü. Vergiləri ödəyəndən sonra Əmirə 568,9 min dollar çatmışdı.

Başqa qaliblərin yalanının məlum olması Məssihzadənin iddiasını artırıb. Əmir deyir ki, həmin adamların nəticəsi ləğv olunubsa, geri alınan pay onun özünə çatmalıdır.

2005-ci ildə Məssihzadə ilə birlikdə bir neçə qardaş qalib olmuşdu. Sonradan lotereya təşkilatçıları Tipton qardaşlarından şübhələnmişdi. Onlar çox bəsit iş görmüşdülər. Qardaşlardan biri lotereya şirkətində işləyirdi. O, xüsusi alqoritmlə uduş nömrələrini əvvəlcədən öyrənmişdi.

Lotereya şirkəti Tipton qardaşlarının payını Məssihzadəyə verməkdən boyun qaçırır. Əmir geri çəkilmir. Lotereya şirkətinə qarşı iddia qaldırıb.

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »