Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanada Venesuelaya qarşı sanksiyalarını genişləndirib

Kanada hökuməti Venesuelanın daha 43 vətəndaşına qarşı sanksiya tətbiq edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Kristia Frilandın rəsmi bəyanatında deyilir.

O, konkret adlar göstərməsə də, məhdudlaşdırıcı tədbirlərin Maduro rejiminin ali rütbəli rəsmilərinə, bölgə qubernatorlarına, demokratik təsisatların sarsıdılması istiqamətində tədbirlərdə bilavasitə əli olanlar”a qarşı yönəldiyini vurğulayıb.

“Maduro diktaturası hazırkı böhran üçün, venesuelalıların təməl hüquq və ehtiyaclardan məhrum olunması üçün hesabat verməlidir. Kanada Venesueladakı Konstitusiya demokratiyasının dinc bərpasına dəstək verir”, - bəyanatda qeyd olunur.

Bu gün kanadalı nazirin həmçinin Venesuela müxalifətinin lideri Xuan Quaidonu dəstəkləyən Lima Qrupu ölkələrinin Çilinin paytaxtı Santiyaqodakı toplantısında iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Kanada bundan əvvəl Venesuelanın 70 vətəndaşına sanksiya tətbiq etmişdir.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
››› Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub
Son xəbərlər
Bütün xəbərlər »