Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bu, başdan ayağa murdarlaşmış bir seçkidir”

“İstanbulda bələdiyyə rəhbərliyi uğrunda keçirilən seçkilərdən sonra Əkrəm İmamoğlu ilə aramızdakı səs fərqinin 29 min olduğu açıqlansa da, sonradan sandıqların yenidən sayılması nəticəsində bunun 12 min olduğu məlum oldu. Bir sözlə, bizim səslərimiz qarşı tərəfin hesabına yazılıb”.

“Qafqazinfo”nun  verdiyi xəbərə görə, bu barədə İstanbul bələdiyyəsinə namizəd Binəli Yıldırım keçirdiyi mətbuat konfransında bildirib.

B. Yıldırım qeyd edib ki, İstanbul kimi böyük bir şəhəri idarə edəcək rəhbərin saxtalaşdırılmış seçki nəticəsində seçilməsi heç də yaxşı hal olmaz: “Rəhbər şəxsin vəzifəsini güclü şəkildə yerinə yetirməsi bütün istanbulluların arzusudur. Seçkidə baş vermiş pozuntular, səhvlər, səs oğurluğunun sərhədi yoxdur. Bir sözlə, bu, başdan ayağa mundarlaşmış bir seçkidir.

Bundan başqa, xarici ölkələrə mesajlar göndərmək, o ölkələrin Türkiyəyə təzyiq göstərməyini təmin etmək millətimizi incidir. Cənab İmamoğlu tribunaları gəzməkdənsə, nəticə elan olunmamış özünü bələdiyyə rəhbəri kimi tanıtdırmaqdansa, kaş ki, mənim kimi sakit oturub nəticələri gözləyərdi”.

Son xəbərlər
Bütün xəbərlər »