Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenkonun oğluna yüksək vəzifə verildi

Belarus Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti səlahiyyətlərinin iraçısı vəzifəsinə ölkə prezidenti Aleksandr Lukaşenkonun böyük oğlu təyin olunub.

Report-un məlumatına görə, prezidentin köməkçisi postunda da qalacaq Viktor Lukaşenko bu vəzifədə müvəqqəti və ictimai əsaslarla çalışacaq. Belarusda böyük beynəlxalq idman tədbirləri yekunlaşdıqdan sonra MOK-un Yığıncağında I vitse-prezident vəzifəsinə namizədliyə dair məsələ həllini tapacaq.

Ölkənin idman və turizm naziri Sergey Kovalçuk bildirib ki, Yığıncağın tarixi hələ müəyyənləşməyib. O, toplantının "Minsk-2019" II Avropa Oyunları və Avropa - ABŞ atletika matçından sonra təşkil olunacağına əminlik ifadə edib. Bu tədbirlər müvafiq olaraq, 21 - 30 iyunda və 9-10 sentyabrda keçiriləcək.

Qeyd edək ki, Belarus MOK-un prezidenti dövlət başçısı Aleksandr Lukaşenkodur. 44 yaşlı Viktor Lukaşenko ölkə rəhbərinin Qalina Lukaşenko ilə nikahından dünyaya gəlib. A.Lukaşenkonun 39 yaşlı Dmitri və 15 yaşlı Nikolay adlı oğulları da var. Dövlət başçısı məhz kiçik oğlunu özü ilə tez-tez rəsmi tədbirlərə, o cümlədən, xaricə aparır.

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
Son xəbərlər
Bütün xəbərlər »