Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp prezident seçkiləri kampaniyası üçün 30 milyon dollar yığıb

ABŞ prezidenti Donald Tramp 2019-cu ilin birinci kvartalında özünün prezident seçkiləri kampaniyasını keçirmək üçün 30 milyon dollardan çox ianə yığıb.

“The Hill” qəzetinin yaydığı məlumata görə, hazırda Trampın seçki qərargahı 40 milyondan artıq nağd pula malikdir. Orta ianə 34 dollar təşkil edir.

ABŞ prezidenti ilin əvvəlindən bəri demokrat rəqibləri – Vermont ştatından olan senator Berni Sanders və Kaliforniya ştatından olan senator Kamala Harrisin birlikdə topladıqları ümumi vəsaitdən daha çox pul əldə edib. Onlar müvafiq olaraq 18 milyon və 12 milyon ianə yığa biliblər.

Donald Tramp 2017-ci ilin yanvarında prezident vəzifələrinin icrasına başlayan kimi bu posta yenidən seçilmək üçün kompaniyaya ianə toplamağa başlayıb və qarşıya 1 milyon dollar yığmaq məqsədi qoyub.

AzərTAc xatırladır ki, ABŞ-da prezident seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək.

Paylaş »
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək
Son xəbərlər
Bütün xəbərlər »