Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT Fransanı insan hüquqlarını pozmaqda günahlandırdı

"Fransa əhalinin mənzil təminatı hüquqlarını pozur".

Bunu BMT-nin xüsusi məruzəçisi Leilani Farha Fransaya ongünlük səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Fransada yaşayış yeri olmayan vətəndaşlar sığınacaq xidmətlərinə yaxın düşə bilmirlər: "Mən "115 Zəng Xidməti"nə zəng vurdum. Mənə yalnız iki saatdan sonra cavab verildi".

BMT-nin xüsusi məruzəçisi bildirib ki, Fransada mənzillə bağlı tətbiq edilən formalar beynəlxalq hüquq normalarına tamamilə ziddir.

“Report” xatırladır ki, Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitututun (İNSEE) son məlumatına əsasən, ölkədə 140 min evsiz insan var. Onlardan da 12 min nəfəri küçələrdə sərgərdan həyat tərzi keçirir. Bu il fevralın 7-nə təkcə Paris şəhərində 3 622 insan küçələrdə, parkinqlərdə, parklarda gecələyib. Bu da ötən illə müqayisədə 600 nəfər çoxdur. (Virtualaz.org)

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »