Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Problemli kreditlərə görə kompensasiyanın verilmə vaxtı elan edildi
Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə güzəşt əldə edən vətəndaşlara aprel ayının sonundan etibarən kompensasiyaların verilməsinə başlanacaq.

Bu barədə modern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev məlumat verib.

Palata rəsmisinin sözlərinə görə, kompensasiya ödənişlərinin tam olaraq may ayının sonlarında yekunlaşdırılması planlaşdırılır:

"Bank müştərisi olan vətəndaşlara bank vasitəsilə SMS göndəriləcək. Bağlanmış bankların müştərisi olan vətəndaşlar, yaxud kreditini ödəmiş və fərmanla kompensasiya alacaq vətəndaşlara "Azərpoçt" tərəfindən SMS göndəriləcək".

E.Allahverdiyevin sözlərinə görə, vətəndaşlar kompensasiyanın 500 manatadək hissəsini növbəlilik prinsipi əsasında nağd, 500 manatdan yuxarı hissəsini kart vasitəsilə ala biləcəklər".

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışı olub
Son xəbərlər
Bütün xəbərlər »