Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəlin və bəyin olduğu limuzin şadlıq sarayına evakuatorla aparıldı - Foto, Video

Türkiyəli gənc arzusu olan limuzin gəlin maşınını tapmayınca, 1978 model "Renault 12 Toros" ikiyə bölüb limuzinə çevirib. Polis "Toros"un yola çıxmasına icazə verməyib. Maşın şadlıq sarayına evakuatorla aparılıb.

Bizimyol.info xəbər verir ki, Osmaniyedə gələcək xanımı Akt Əmən ilə toy edib dünyaevinə girən Mami Əmən, uşaqlıq xəyalı olan limuzin gəlin maşını tapmasa da onu özü hazırlamağı qərara aldı. Mami Əmən dostu Səfa Qındır ilə qollarını çırmalayıb işə girişdilər. 3 min 500 TL-yə "Renault 12 Toros" marka bir avtomobil alaraq onu iki hissəyə bölərək limuziə çevirmək üçün var gücləri ilə çalışdılar.

Onlar "Renault 12 Toros"un orta hissəsinə 2 metrlik dəmir profillər əlavə edərək uzadıb istədikləri ölçnü ala bildilər. Avtomobil uzadılandan sonra pəncərələrə adi şüşə istifadə edilib, içəridə əlavə kreskolar qoyulub, salona rəngbərəng işıqlar yerləşdirilib.

Vaxtın və imkanın az olmasına baxmayaraq 3 gündə limuzin görünüşünə qovuşan "Renault 12 Toros" markalı avtomobil toy günü gəlin maşını kimi hazır olub və bəzəndilib. Ancaq yol polisi tanınmaz hala salınmış avtomobilin yola çıxmasına icazə verilməyincə xüsusi olaraq hazırlanmış gəlin maşınını şadlıq sarayına evokuatorla aparmaq məcburiyyəti yaranıb. Gəlinlə bəyin əyləşdiyi limuzin daşıyıcı maşına yüklənərək şadlıq sarayına gətirilib. Toydan sonra gəlin və bəy yenidən limuzinə çevrilən avtomobilə miniblər və evlərinə yollanıblar.

Səfa Qındır:"Maminin toyunda istifadə etmək üçün bir limuzin hazırladıq. Həm də bunu "youtube"də paylaşmaq istədiyimiz videonu çəkmək üçün etdik. Buna da nail olduq. Avtomobilin yola çıxmasına yol polisləri icazə vermədi. Bizdə daşıyıcı maşının üzərində toy salonuna gətirdik. Türkiyədə bir ilk oldu", - deyib.

Son xəbərlər
Bütün xəbərlər »