Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkilliyə imtahanla bağlı bir il məhdudiyyəti ləğv edildi
Test imtahanında 60 bal toplamayan namizədlərin bir il ərzində təkrar imtahan verməsi üçün İxtisas Komissiyasının rəyi tələb olunmayacaq

Prezident İlham Əliyev “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilən son dəyişiklikləri təsdiqləyib.

Qanunun 13-cü madəsinə edilən dəyişiklik vəkil olmaq istəyən şəxslərə yazılı test imtahanında müvəffəqiyyət qazanmadıqda həmin il ərzində yenidən ixtisas imtahanında iştirak etmək imkanı verir.

Vəkillərin İxtisas Komissiyası ilə bağlı müddəları özündə ehtiva edən həmin maddənin əvvəlki variantında bildirilirdi ki, “İxtisas imtahanını verə bilməyən şəxs bir ildən tez olmamaqla İxtisas Komissiyasının rəyi əsasında təkrar imtahana buraxıla bilər”. Yəni, vəkilliyə qəbulla bağlı test imtahanında lazımi balı (60 bal) toplamayan namizədlərin bir il ərzində təkrar imtahan verməsi üçün İxtisas Komissiyasının rəyi tələb olunurdu.

Dəyişikliyə əsasən isə ixtisas imtahanının şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçə bilməyən şəxs həmin müsahibədən sonra 1 il ərzində keçirilən ixtisas imtahanlarında iştirak edə bilməz.

“Vəkil olmaq istəyən şəxslər yazılı test mərhələsi və şifahi müsahibədən ibarət ixtisas imtahanlarından müvəffəqiyyətlə keçməlidir. Yazılı test imtahanında müvəffəqiyyət qazanmayan şəxsə yenidən ixtisas imtahanında iştirak etmək imkanı verilir”- dəyişiklikdə qeyd edilir. Beləliklə, test imtahanından müvəffəqiyyətlə keçmiş şəxslərə bir il məhdudiyyəti tətbiq edilməyəcək. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçə bilməyən şəxslər isə bir il ərzində təkrar imtahan verə bilməyəcəklər.

Qanunda ixtisas imtahanının ildə 1 dəfədən az olmayaraq keçirilməsi nəzərdə tutulur.

Vəkillər Kollegiyasının vəsaiti ilə bağlı 24-cü maddəyə edilən əlavəyə əsasən isə vəkilin vəkillik fəaliyyətinin dayandırıldığı dövrdə üzvlük haqqı ödənilmir.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »