Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-ın qərarı ilə bağlı bütün ölkələrə müraciət edib

İran xarici işlər naziri Cavad Zərif ABŞ-ın İran İslam İnqilabını Mühafizə Korpusunun ABŞ tərəfindən terror təşkilatları siyahısına daxil edilməsinin ciddi nəticələri olacağını bəyan edib.

ONA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, C.Zərif deyib ki, bu gün bütün ölkələrin xarici işlər nazirlərinə məktub göndəriləcək.

İran XİN rəhbəri bildirib ki, məktubda “ABŞ-ın anoloqu olmayan və təhlükəli hərəkətinin nəticələri” və ölkələrin Vaşinqtonun bu addımı ilə bağlı müəyyənləşdirməli olduğu mövqeyə dair xəbərdarlıq əksini tapacaq. C.Zərif qeyd edib ki, BMT baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına da ABŞ-ın qanunsuz hərəkəti və regionda yürütdüyü düzgün olmayan siyasəti barədə məktub göndərilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ötən həftənin bazar ertəsi İran İslam İnqilabını Mühafizə Korpusunu terror təşkilatları siyahısına daxil etdiyini açıqlayıb.

Paylaş »
››› Lavrovun səfəri nə vəd edir: Qazaxın 7 kəndi müzakirə olunacaq
››› Azərbaycanlı ictimai fəal Türkiyədə ölü tapılıb: intihar, yoxsa qəsd...
››› Ramin Bayramlı 20-yə yaxın şəxsi işdən çıxardı
››› Ən güclü vaksini yaradan Türk professor pandemiyanın nə vaxt bitəcəyini açıqladı
››› Rüsum adı ilə vətəndaşdan yığılan pullar – Maya dəyərindən qat-qat baha sənədlər
››› "Space" TV-yə yeni rəhbər təyin olunub
››› Tanınmış prodüser və media adamı “Space”-nin yeni rəhbər təyinatını sərt tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »