Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İki yaşlı uşaq atasını həbs etdirdi

Rusiyanın Çelyabinsk vilayətində 35 yaşlı kişi dörd ildir ki, birinci nikahdan olan üç uşağına aliment ödəməkdən yayınırmış. Yığılan alimentin məbləği 15 min dollara gəlib çıxıb. Alimenti ödəmədiyinə görə o, məhkəmə qərarının icrasından boyun qaçırmaqda təqsirli bilinərək, 20 saat islah işləri cəzasına da layiq görülüb. Amma bu cəzanı da çəkməyib.

Bizimyol.info xəbər verir ki, kişi ikinci dəfə ailə həyatı qurub və bu nikahdan onun 2 yaşlı bir oğlu var. Məhkəmə icraçıları bu dəfə onun ikinci ailəsilə birlikdə yaşadığı evə gəliblər. Həyat yoldaşı ərinin evdə olmadığını deyib. İcraçılar mənzilə ümumi göz gəzdirsələr də, kişini görməyiblər. Bu zaman iki yaşlı uşaq icraçılardan birinin əlindən tutaraq, onu yataq otağına tərəf aparıb. Məhkəmə icraçısı elə zənn edib ki. uşaq ona oyuncaqlarını göstərmək istəyir, ona görə də arxasınca gedib. Yataq otağında uşaq barmağını tuşlayaraq, çarpayı ilə divar arasında təxminən 30-40 santimetr enindəki bir yeri göstərib. İcraçı ora baxanda uşağın atasının orada gizləndiyini görüb.

Elə həmin gün kişi məhkəmə qarşısına çıxarılıb və ona 7 sutka həbs cəzası verilib.

Paylaş »
››› “Camaat qərar gözləyirdi, bilmək istəyirik bayramdan sonra necə olacaq..."
››› Türkiyə polisindən azərbaycanlı fəalın ölümü barədə açıqlama
››› Avropa deputatları ermənilərə... "əsir" düşdü
››› Qaqauziya - Türkiyə-Rusiya qarşıdurmasının yeni mərkəzi!
››› Operativ Qərargahın brifinqi başlayıb - Canlı yayım
››› Müharibə iştirakçılarının intihar hallarının qarşısı necə alınmalıdır...
››› Nəhəng raket nəzarətdən çıxdı: Hansı şəhərlərə düşə bilər
Son xəbərlər
Bütün xəbərlər »