Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlər Kabinetindən bəzi yanacaq markaları ilə bağlı yeni qərar

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişikliklər edib.

Trend bildirir ki, dəyişiklikliyə əsasən, reaktiv mühərriklər üçün "TC-1" markalı yanacaq, o cümlədən "KO-20" markalı işıqlandırıcı kerosin və "KT-2" markalı texniki məqsədlər üçün kerosin 15 faiz idxal gömrük rüsumundan azad edilir.

Bu qərar dərc edildiyi gündən 30 gündən sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir. Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinə 15 faiz idxal gömrük rüsumu isə qüvvədə saxlanılır.

Nazirlər Kabinetinin həmçinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri"ndə də dəyişiklik edib.

Dəyişikliyə əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün "TC-1" markalı yanacaq, o cümlədən "KO-20" markalı işıqlandırıcı kerosin və "KT-2" markalı texniki məqsədlər üçün kerosinin 1 tonuna 1 manat aksiz vergisi tətbiq olunur.

Bu qərar da 30 gündən sonra, yəni mayın 15-də qüvvəyə minir və 2020-ci il yanvarın 1-dək qüvvədədir.

Qərara əsasən, reaktiv mühərriklər üçün digər yanacaq və digər məqsədlər üçün kerosinin 1 tonuna 80 manat aksiz vergisi tətbiq olunması qüvvədə saxlanılır.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› "Gürcüstanın bizi dəstəkləməsi boş yerə olmayıb, ciddi səbəbləri var idi"
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
Son xəbərlər
Bütün xəbərlər »