Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çox pensiya alan qocalar daha çox yaşayır

Demoqrafik Araşdırmalar İnstitutunun mütəxəssisləri Almaniyada pensiyaların məbləğinin təqaüdçülərin ömür müddətinə təsirini araşdırıblar. Belə nəticəyə gəliblər ki, sosial müdafiəsi güclü, pensiyasının məbləği çox olanlar az təqaüd alanlardan beş il artıq yaşayırlar.

Bizimyol.info xəbər verir ki, araşdırmanın nəticələrini Avstriyanın “Der Standard” qəzeti yayıb. Araşdırmalar göstərib ki, məsələn, 2005-ci ildə çox yüksək məbləğdə pensiya alan 65 yaşlı təqaüdçülər orta hesabla daha 19 il yaşayırdılar. Daha az gəliri olan olanlar isə heç 80 yaşa çatmırdılar. Yəni 65 yaşdan sonra onlar orta hesabla 15 il yaşayırdılar – gəliri yüksək olanlardan 4 il az. 2016-cı ilin rəqəmlərini araşdıranda isə məlum oldu ki, bu fərq artıq 5 ilə çatıb.

Qocalar Foto: Pixabay.com

Bu araşdırmaya rəhbərlik etmiş Georq Venay deyir ki, ümumiyyətlə, elm adamları xüsusən son 20 ildə  zənginlərlə yoxsulların orta ömür müddəti arasında fərqin kəskin artdığı nəticəsinə gəlib:

“Düzdür, bütün təbəqələr üzrə əhalinin orta ömür müddəti artıb. Amma yenə də aralarında fərq var. Məsələn, Almaniyada 1997-2016-cı illərdə az təqaüd alan insanların orta ömür müddəti 1 il 8 ay artıb. Amma daha çox təqaüd alan, sosial müdafiəsi yaxşı olanlar arasında isə bu artım 2 dəfə çoxdur”.

Son xəbərlər
Bütün xəbərlər »