Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metropoliten rəsmisi: "Texniki məsələlərin tam həllindən sonra metroda “WiFi” qurula bilər"

Bakı metrosunda “WiFi” sisteminin “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi tərəfindən müəyyən təhlükəsiz sistemi nəzərə alınmaqla gələcəkdə qurulması planlaşdırılır.

“Report” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin İşarəvermə və rabitə xidmətinin rəisi Elçin Məmmədov açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, texniki məsələlər tam həll olunduqdan, təhlükəsizlik təmin olunduqdan sonra bu barədə danışmaq olar.

“Əsas məqsədimiz hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bundan sonra biz, radiodalğalardan istifadə olunması ilə bağlı məlumat verəcəyik. Həmin “WiFi” sistemi müəyyən radiodalğalarla interferensiya olunacaq. “WiFi” sistemini tezliklə həyata keçirmək üçün hərəkətin təhlükəsizliyinə mane olan sistemlərin olmaması məqsədilə mütəmadi olaraq araşdırmalar aparılır. Bütün tezliklər Nəqliyyat, Rabitə və Yükəsk Texnologiyalar Nazirliyi tərəfindən təqdim olunur. “WiFi” şəbəkəsinin də tezliyi var və bu avadanlıqlar müəyyən diapazonda işləməlidir. Ona görə də gələcək üçün bizdə çox böyük işlər nəzərdə tutulur”, - deyə E.Məmmədov əlavə edib.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »