Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada “sarı jiletlər” yenidən küçələrə çıxdılar

Fransada “sarı jiletlər” etiraz aksiyasının 22-ci aktı başlayıb.

Nümayişçilər 22–ci akt üçün əsas şəhər kimi Paris və Tuluzu seçiblər. Ancaq sosial şəbəkələrdə nümayişçilər “Akt XXII: Tuluz sarı jiletlərin milli paytaxtıdır” deyərək Tuluza toplaşmağa çağırış ediblər.

Polis isə Parisdə Yelisey çölləri prospektində, Milli Assambleya yaxınlığında, eləcə də digər böyük şəhərlərin mərkəzlərində bütün nümayişləri qadağan edib.

Qeyd edək ki, “dağıdıcılar əleyhinə” qanun bu gün səhərdən qüvvəyə minir. Qanuna əsasən nümayişçilərin çantaları və avtomobilləri yoxlanılacaq, sifəti gizlədəcək geyim və ya maska cinayət kimi qəbul ediləcək. Bu qaydalara riayət etməyənləri 1 il həbs cəzası və 15 min avro cərimə gözləyir. (Virtualaz.org)

Paylaş »
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Rusiyaya dost olmayan dövlətlərin siyahısı açıqlanıb
››› Misli görünməmiş hücum və “cəhənnəm gecəsi”: İsrail eyni vaxtda 160 təyyarə qaldırdı
››› Fransızların Qarabağ mövqeyi: “Makron burada mafiya ilə bacarmır, amma azərbaycanlılara dərs keçmək istəyir”
Son xəbərlər
Bütün xəbərlər »