Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu il Bakı metrosunda 7 ventilyator yenilənəcək

Bu il ərzində Bakı metrosunda istismar müddətini başa vurmuş 7 ventilyator yenisi ilə əvəz ediləcək.

"Report" xəbər verir ki, ventilyatorlardan 4-ü “VOM 24R”, 3-ü isə “VOM 20” tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı metropoliteninin istismar şəraitinə uyğundur.

Cari ilin may ayına qədər Bakıya gətirilməli olan 7 ventilyatordan ikisinin artıq quraşdırılması üzrə işlər başlayıb. Yeni ventilyatorlar tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə artıracaq. Əvvəlki ventilyatorlar 20-30 m3/saniyə məhsuldarlıqla işləyirdisə, yeni nümunələrin havalandırma imkanı 60-70 m3/saniyədir.

Bundan başqa, il ərzində tunel və stansiyaların təbii havalandırılması istiqamətində də mühüm işlərə başlanılacaq.

Paylaş »
››› Hadrutun hazırkı durumu: “Azərbaycanlı hərbçilər burada futbol oynayır” – Rusiya mətbuatı
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› BMT bəşəriyyət üçün faciənin yaxınlaşdığını bildirib
››› "Lavrov Paşinyana dərs verməyə gəlib"
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
Son xəbərlər
Bütün xəbərlər »