Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pompeo Rusiyanı “ikiüzlü” adlandırdı

ABŞ Dövlət Departamentinin başçısı Mayk Pompeo Venesuelanın daxili işlərinə qarışmamaq haqqında Rusiyanın çağırışlarını “ikiüzlülük” adlandırıb.

Publika.az xəbər verir ki, Pompeo bu haqda Çilidə ABŞ-ın Latın Amerika ölkələri barəsində siyasətindən danışarkən deyib.

Pompeonun sözlərinə görə, “maliyyə müdaxilələri” Rusiyaya və Çinə ölkənin dağıdılmasına imkan yaradır. Bundan başqa, o, Venesuelada Rusiya hərbçilərinin olmasını açıq təxribat adlandırıb.

“Biz icazə verməməliyik ki, Rusiya bu ölkədə təhlükəli vəziyyəti kəskinləşdirsin”, - Dövlət Departamentinin başçısı bildirib.

ABŞ-ın dövlət katibi həmçinin, Moskvanı Kuba və Nikaraquadakı rejimlərlə çoxdankı əlaqələrdə ittiham edib. Onun fikrincə, Rusiya bu ölkələrə silah satır və təbliğatın bütün növlərini yayır.

Paylaş »
››› Müharibə yoxsa sülh... - Qaragöldə nə baş verir?
››› "Naxçıvan ordusu Zəngəzur dəhlizini bir günün içində açmağa qadirdir"
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› “Başa düşə bilmirəm ki, Azərbaycan qüvvələri kəndin ərazisinə necə gəlib çıxıb”
››› Sərhəddə nə baş verir və ya Qaragöl Ermənistanın əlinə necə keçmişdi...
››› “Azərbaycan qüvvələri geri çəkilmək fikrində deyil” - Aram Melkonyan
Son xəbərlər
Bütün xəbərlər »