Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Körpə 300 qram çəki ilə doğuldu, həkimlər inanılmaz peşəkarlıq göstərdilər

Amerikanın Konnektikut ştatında həkimlər cəmi 300 qram çəki ilə dünyaya gəlmiş uşağı yaşatmaqla inanılmaz nəticə əldə ediblər. Bu barədə “New York Post” məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Konnor Florio 2018-ci il iyulun 13-də dünyaya göz açıb. O, çətinliklə nəfəs alırmış. Bundan əlavə, həkimlər beyində qanaxma, qanda şəkərin yüksək olmasını və gözündə problem olduğunu müəyyənləşdiriblər. Doqquz ay iki xəstəxananın həkimləri bu uşağın yaşaması üçün əllərindən gələni ediblər və inanılmaz peşəkarlıq nümayiş etdirərək körpəni həyata bağlaya biliblər. Doqquz aydan sonra onu sağaldıb evlərinə göndəriblər. İndi Konnorun çəkisi 2 kiloqram 700 qramdır.

“Onu xəstəxanadan evə buraxanda gözlərimə inanmadım. Onu maşına mindirib evimizə gətirəndən sonra tam inandım”, - uşağın anası Ieymi Florio danışır.

29 yaşlı qadın deyir ki, oğlu artıq oyuncaqlarla oynayır, adamları müşahidə edir, yuyunur.

Həkim bildirib ki, Konnorun sağlamlığı demək olar ki, bərpa olunub, amma hələlik oksigen maskasıyla nəfəs alır: “yaxın vaxtlarda ondan da imtina edəcək. Konnor çox enerjili və gülərüz uşaqdır. O, aktiv şəkildə inkişaf edir”.

Frvral ayında Yaponiyada da həkimlər hamiləliyin 24-cü həftəsində (normalda 38 həftə olmalıdır) təcili əməliyyatla dünyaya gəlmiş 268 qramlıq körpənin həyatını xilas etmişdilər.

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Piylənmə əlilliyə səbəb ola bilir - Çarəsi tapıldı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mal-qara sahibləri, zərərə düşə bilərsiniz
Son xəbərlər
Bütün xəbərlər »