Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
12 yaşlı qıza qarşı əxlaqsızlıq edən baş keşiş barədə məhkəmə hökmü elan olundu

Rusiyanın Voloqodsk vilayətinin Vaşkinsk rayonunda yerləşən dini məbədin baş keşişi Aleksey Makievskiyə 4 il 6 ay həbs cəzası verilib. O, azyaşlı qız uşağına qarşı əxlaqsız hərəkətlər etməkdə və parnoqrafik materialların yayımında təqsirli bilinib.

Bizimyol.info xəbər verir ki, məhkəmə keşişə qarşı sübutlardan biri kimi, 12 yaşlı uşaqla yazışmasını nəzərə alıb.

“İstintaq və məhkəmə araşdırmaları zamanı məlum olub ki, 48 yaşlı keşiş 12 yaşlı qıza qarşı dəfələrlə əxlaqsız, seksual xarakterli hərəkətlər edib. Hərçənd, çox yaxşı bilib ki, bu uşağın hələ 14 yaşı olmayıb. Araşdırmalar zamanı təqsirləndirilən keşişlə uşaq arasındakı yazışmalar da nəzərdən keçirilib. Həmin mesajlar sosial şəbəkələr vasitəsilə göndərilib. Hər iki tərəfin istifadə etdiyi tezniki avadanlıqlar da götürülərək araşdırılıb. Məlum olub ki, keşiş uşağa parnoqrafik materiallar göndərib, özü də qızın çılpaq fotolarını çəkib. Yazışmalar keşişin uşağı yoldan çıxarmağı hədəflədiyini göstərir”, - vilayətin İstintaq Komitəsinin olayla bağlı yaydığı rəsmi məlumatda belə deyilir.

Keşiş məhkəmədə özünü təqsirli bilib.

Keşişin himayəsində həm də övladlığa götürdüyü, yetkinlik yaşına çatmamış qızı olub. Hazırda ona qarşı təcavüzlə bağlı istintaq araşdırmaları davam edir. Həmin qızı ailədən alıblar. Amma hələlik bu cinayət işi üzrə heç kimə qarşı ittiham irəli sürülməyib.

Mokievski ötən ilin oktyabrında keşişlikdən uzaqlaşdırılıb. Rus Provoslav Kilsəsinin kilsə məhkəməsi bu barədə qərar verib. Daha sonra o, həbs edilib.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Apteklərdən “qeybə çəkilən” “Valerian”: Dərmanın satışını dayandırmaqda məqsəd nədir…
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »