Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sudanda Baş Qərargahın binası önündə kütləvi etiraz

Yüz minlərlə sudanlı etirazların davam etdiyi Sudan Ordusunun Baş Qərargah binasının qarşısına gəlib.

Etirazçılar hərbi keçid şurasının qərarını qınayan şüarlar səsləndirir.

Sudanın müdafiə naziri Avad ibn Auf aprelin 11-də ölkə Prezidenti Ömər əl-Bəşirin həbs olunduğunu, həmçinin iki il ərzində ölkəni idarə edəcək hərbi şuranın qurulduğunu və 2005-ci ildə qüvvəyə minən konstitusiyanın fəaliyyətinin dayandırıldığını bəyan edib. Bununla yanaşı, ölkənin hava məkanı bir sutkalıq bağlanıb.

Hərbi çevriliş nəticəsində dövlət başçısı Ömər əl-Bəşir, sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri həbs olunub. Sudanın beynəlxalq aeroportu bağlanıb, ölkə ərazisində üç aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrın ortalarından başlayan və çörəyin qiymətinin ucuzlaşması tələbi ilə keçirilən xalq etirazlarında sonradan 30 ildir ölkəyə rəhbərlik edən Ömər əl-Bəşirin siyasi rejiminin dəyişdirilməsi tələbi irəli sürülüb. Dörd aya yaxın davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb. (Axar.az)

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
Son xəbərlər
Bütün xəbərlər »