Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moody’s Azərbaycanın reytinqini təsdiq edib

“Moody’s” Beynəlxalq Reytinq Agentliyi Azərbaycanın emitetin uzun müddətli reytinqini və əsas qorunmayan borc üzrə reytinqini Ba2 səviyyəsində təsdiq edib. Reytinq üzrə proqnoz sabit olaraq qalıb.

Eyni zamanda Agentlik Cənub Qaz Dəhlizi (SGC) Azərbaycan hökuməti tərəfindən dəstəklənən qorunmayan istiqrazlarının reytinqini Ba2 səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz isə sabit olaraq qalıb.

Azərbaycanın uzunmüddətli yerli valyutada istiqraz və depozit tavanı dəyişməz olaraq Ba2, xarici valyutada uzunmüddətli istiqraz reytinqi Ba2, xarici valyutada uzunmüddətli depozit tavanı isə Ba3 səviyyəsində müəyyənləşib.

“Moody’s” Azərbaycanın reytinqlərini bu səviyyədə müəyyən edilməsinin 3 əsas səbəbini açıqlayıb: “Hökumətin artan xalis kreditor mövqeyi davam edən maliyyə islahatları ilə dəstəklənir. İkincisi bank sektorunda risklər mərhələli şəkildə azalmağa davam edir, amma hələ də maliyyə sistemi kövrəkdir. Üçüncüsü isə iqtisadi şaxələnmə üçün məhdud gözləntilər və iqtisadiyyatın absorbsiya imkanlarına limit qoyan institusional sədlər reytinqi təsdiq etmək üçün əsas göstəricilərdir”. (Virtualaz.org)

Paylaş »
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Çinin nəzarətdən çıxmış raketi Yerə düşdü
››› İlon Mask psixoloji problemləri olduğunu etiraf etdi
››› Həkim mənasız tibbi prosedurlar barədə danışdı
››› Əcnəbi bloggerin ermənilərin işğalı zamanındakı Ağdamdan paylaşımı - Video
››› Avtomobillə azyaşlını vuraraq öldürən ifaçı saxlanıldı
››› “Lavrovun Bakı səfərində bu məsələ aktual olacaq” - Bir neçə diversantın azad olunması reallaşa bilər
Son xəbərlər
Bütün xəbərlər »