Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AB ilə sazişdə Dağlıq Qarabağ Azərbaycanın bölünməz hissəsi kimi göstərilməyib? - Açıqlama

"Avropa Birliyinın Azərbaycanla may ayının 13-də imzalanması nəzərdə tutulan "Əməkdaşlıq prioritetləri" sazişinin gizli saxlanmasının əsas səbəbi sazişdə Dağlıq Qarabağın Azərbaycanın bölünməz hissəsi kimi göstərilməməsidir.

Avropa Birliyi bu bəndi qəbul etməkdən imtina edir.

Məlumat üçün bildirirəm ki Gürcüstan, Ukrayna və Moldova ilə imzalanmış sazişlərdə işğal olunmuş əraziləri bu ölkələrin ayrılmaz hissələr kimi göstərilir".

Bizimyol.info xəbər verir ki, bu sözləri sabiq səfir Arif Məmmədov öz şəxsi hesabında yazıb və onun bu fikirləri birmənalı qarşılanmayıb.

Politoloq Nəzakət Məmmədova bildirib ki, sazişin mətni açıqlanmadan o saziş haqqında konkret fikirlər söyləmək tezdir. O həmçinin əlavə edib ki, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu sübut edəcək bir sıra sənədlər var:

"Azərbaycanla Avropa Birliyi arasında imzalanması nəzərdə tutulan sazişin mətni hələ ki, açıqlanmadığından onun ehtiva etdiyi müddəalar barəsində hər hansı fikir yürütmək tez olardı. Lakin indiyə qədər bir sıra sənədlərdə, Avropa Birliyi rəsmilərinin bəyanatında münaqişənin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində həllinin vacibliyi xüsusi vurğulanıb, Avropa Birliyi bu məsələlərə daha həssas yanaşmağa başlayıb. Odur ki, ümid edək ki, Azərbaycan-Avropa Birliyi sazişində də bu məsələyə məhz bu cür yanaşma ortaya qoyulmuşdur".

Bununla bağlı Bizimyol.info-ya açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirib ki, Arif Məmmədovun bu fikirlərinin inandırıcı olduğunu düşünmür, çünki Avropa Birliyi Azərbaycanın Ərazi bütövlüyünü tanıyır, hətta Avropa Parlamentinin bir neçə qətnaməsi var ki, orada Azərbaycan ərazisini işğal edənlərin də ünvanı konkret göstərilib:

Elxan Şahinoğlu Elxan Şahinoğlu

"Avropa İttifaqı və Azərbaycan nümayəndə heyəti arasında uzun müddətdir ki, danışıqlar gedir. Azərbaycanın xarici işlər naziri Brüsselə səfərinin yekunu olaraq açıqlama verdi ki, artıq 90 faiz məsələlər razılaşdırılıb. Ola bilsin Azərbaycan tərəfinin haqlı tələbi belədir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi birmənalı göstərilsin.

Onsuz da Avropa Azərbaycanın ərazi bütrövlüyünü də tanıyır, Avropa Parlamentinin müvafiq qətnamələri də var. Arif Məmmədov nəyə istinadən belə məlumatlar ötürdüyünü mən deyə bilmərəm. Əvvəl də başqa bir məlumat ötürmüşdü ki, güya REAL hərəkatı qapalı danışıqlarda Azərbaycan hakimiyyətini dəstəkləyir. Ona görə də mən Arif Məmmədovun sözlərinin inandırıcı olduğunu düşünmürəm. Kimdənsə nəsə eşidir və onu reallıq kimi ortaya atır.

Yenə təkrar edirəm, bu məsələdə müəyyən detallar müzakirə edilə bilər. Amma tam vəziyyətin də Arif Məmmədovun dediyi kimi olduğunu düşünmürəm. Nə olsun ki, Arif Məmmədov keçmişdə Azərbaycanın Avropa İttifaqındakı nümayəndəsi olub, Brüsseldə yaşayır. Hərhalda diplomatlar bu kimi sirrləri açıb Arif Məmədovla məsləhətləşmirlər. Mənə də sağda-solda müxtəlif fikirlər söyləyirlər. onu həqiqət kimi qəbul edib tirajlamaq doğru deyil.

Mən inanmıram ki, Avropa ayağını dirəsin ki, biz Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımır, ərazi bütövlüyünə şübhə ilə yanaşırıq. Ola bilər ki, razılaşma sənədinin hansısa cümlələrində fikir mübadiləsi aparılır. Hətta Avropa Parlamentinin bir neçə qətnaməsi var ki, orada Azərbaycanın ədalətli mövqeyi vurğulanır, hətta işğalçıların ünvanı da göstərilir".

Həmçinin Elxan Şahinoğlu əlavə edib ki, sazişin mətninin vaxtından öncə açıqlanması sazişin imzalanmasına öz mənfi təsirini göstərə bilər:

"Sazişin mətninin açıqlanmaması normal haldır. Hər iki tərəfin razılığı əsasında mətn açıqlanır. Mətnin öncədən açıqlanması digər qüvvələri də hərəkətə keçirdə bilər. Ermənistan, Rusiya kimi dövlətlər bu razılaşmanın imzalanmamış əleyhinə işlər görə və hərəkətlənə bilərlər, təzyiq yoluna baş vura bilərlər".

Bizimyol.info

Paylaş »
››› Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı
››› Paşinyan: “Azərbaycan hərbçiləri Ermənistanın ərazisinə daxil olub”
››› “Azərbaycanlılar Göyçənin kəndində mövqelərini irəli çəkib” – Ermənistan mətbuatı
››› ABŞ Azərbaycan və Ermənistana çağırış etdi
››› “Azərbaycanlılar Zəngəzurda Qaragölü əhatəyə alıblar” – Ermənistan mətbuatı
››› Livandan İsrailə raketlər atılıb
››› Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Son xəbərlər
Bütün xəbərlər »