Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ”ın futbolçusu qola sevindiyi üçün meydandan qovuldu - Video

Azərbaycan I divizionunda maraqlı hal yaşanıb.

Oxu.Az-ın xəbərinə görə, “Azersun Arena”da “Qarabağ-2” “Neftçi-2”ni qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı Ruslan Abışov açsa da, Musa Qurbanlı bərabərlik qolunu vurub. Oyuna əlavə olunmuş yeddinci dəqiqədə isə “Qarabağ-2” qələbə qolunu vurub.

Bir dəqiqə əvvəl baş hakim Kamal Umudlunun qərarına etiraz etdiyi üçün sarı vərəqə almış “Qarabağ”ın futbolçusu Toral Bayramov qola sevinərkən formasını çıxarıb. Bu isə qaydalara zidd olduğu üçün həmin oyunçu ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Maraqlıdır ki, həmin futbolçu qolda yaxından iştirak etməyib. Bu üzdən onun qol vurularkən formasını soyunması dünya futbolunda nadir rast gəlinən hadisələrdən biridir.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Ermənistanda sakinlər Gümrü-Yerevan avtomobil yolunu bağlayıb
Son xəbərlər
Bütün xəbərlər »