Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyrəyini satan adam: "Kredit borcuna görə intihar həddinə çatmışdım"

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda böyrək alverilə bağlı cinayət işi araşdırılır. Bu işdə 27 böyrək alqı-satqısından söhbət gedir. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısında bir nəfər var, o da böyrəyini satanlarla alanlar arasında vasitəçilik etmiş 62 yaşlı taksi sürücüsü Vahib Xudadatovdur. Böyrəyini satanlar isə zərərçəkən qismində tanınıb.

Zərərçəkənlər isə imkansızlıqdan böyrəyini satdığını bildirir.

Bizimyol.info xəbər verir ki, böyrəyini satmış Rufan Əhmədli aprelin 12-də məhkəmədə bu barədə danışıb. Deyib ki, devalvasiyadan əvvəl bankdan dollarla kredit götürüb, 35 minə ikiotaqlı ev almışdı. Devalvasiyadan sonra kreditləri ödəyə bilməyib. Kreditlər də qohumların, dostların adına olub. Məcbur olub aldığı evi satsa da, yenə vəziyyətdən çıxış yolu tapa bilməyib. Hətta bir neçə dəfə intihar həddinə çatıb: "Həmin vaxt internetdə müxtəlif adamların böyrəyini satması barədə elanları gördüm. Ona görə də böyrəyimi satıb düşdüyüm bu ağır vəziyyətdən çıxmağı fikirləşdim. İnternetdə elan verdim. Elanda böyrəyimin qiymətinin 25 min manat yazdım, telefon nömrəmi də qeyd elədim. Bir neçə gündən sonra tanımadığım bir nəfər zəng vurub görüşmək istədiyini dedi. Masazırda görüşdük. Özünü Sahib kimi təqdim elədi. 25 min manata razılaşmarfı, 12 min manatdan artıq pul verə bilməyəcəyini dedi”.

Rufan Əhmədlinin sözlərinə görə, banka təcili pul ödəməli olduğundan V.Xudatovun təklifi ilə razılaşıb. Bir gün ərzində ona pasport düzəltdiriblər. Daha sonra onu İrana aparıb, müayinədən keçiriblər. Onun böyrəyinin köçürüləcəyi Altay Süleymanov da Tehrana gəlib. Orada hər ikisi müayinədən keçəndən sonra 2016-cı ilin avqustunda Düşənbədə Transplantasiya Mərkəzində böyrək A.Süleymanova köçürülüb: "Orada Tahiri adlı həkim tərəfindən sol böyrəyim Altaya köçürüldü. Üç gündən sonra evə qayıtdım, mənə 12 min manat verdilər”.

Zərərçəkmiş təqsirləndirilən şəxsdən şikayətçi olmadığını deyib: "Vahib sadəcə vasitəçi olub. Heç bir şikayət və tələbim yoxdur".

Böyrək alverilə bağlı məhkəmə araşdırmaları davam edir

Paylaş »
››› Rusiya növbəti imtahan qarşısında: "Azərbaycan Qaragöldən geri çəkilməyəcək"
››› Baş Prokurorluq sərhəddə baş vermiş atışma ilə bağlı məlumat yayıb
››› “Azərbaycanlıların sərbəst hərəkətinə dözmək olmur - heç kimlə hesablaşmırlar”
››› Sərhəddə silahlı insident: iki hərbçimiz şəhid olub
››› Zəngəzurdakı danışıqlara Rüstəm Muradov rəhbərlik edir
››› Satan razı, alan narazı - Qiymətlər artır, maaşlar yox
››› Qeyts keçmiş həyat yoldaşına milyardlarla dollar təzminat ödədi
Son xəbərlər
Bütün xəbərlər »