Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qanunsuz gətirilən dərmanlar aşkarlandı
Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiya Federasiyasından daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21901" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, yoxlama zamanı, avtomobilin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən xeyli miqdarda - 32 adda dərman preparatları, 60 ədəd tibbi gigienik şam və müxtəlif dərman preparatlarına məxsus, cəmi 97 boş qutu və plastik qablar aşkar edilib.

Bu mallar avtomobilin salonunda, sürət ötürücüləri qutusunun örtüyünün alt hissəsində olan boşluqlarda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulan yerin altındakı örtüyün arxasında olan boşluqda, hava filtrinin içərisində, arxa sağ və sol qapıların örtüklərinin arxasındakı boşluqlarda və nəhayət, yük yerindəki ehtiyat təkərin içərisində aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Gürcüstanda barışıq əldə olundu: Bizə qarşı daha nələr hazırlanır
››› Dmanisidə tərəflər razılığa gəldi - Video
››› “Soyuq daşda yatırdıq, elə bilirdik yumsaq balınca baş qoymuşuq” - Fotolar
››› Paşinyan: “Ermənistanda Azərbaycana işləyən qüvvələr var və onların adını da çəkmək olar”
››› Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirilib, saxlanılanlar var
Son xəbərlər
Bütün xəbərlər »