Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən bahalı boşanmaları - Kimi 35, kimisi 2,5 milyard ödəyib

Məşhur şəxslər hər zaman istənilən addımları ilə müzakirələrə səbəb olmağı, adlarından bəhs etdirməyi bacarırlar. Onların həyat tərzi, şəxsi həyatları həmişə marağa səbəb olur. Bir çox tanınmış simaların evlilikləri qədər boşanmaları da yadda qalıb.

“Qafqazinfo” xəbər verir ki, ötən ay “Amazon” onlayn satış portalının qurucusu Ceff Bezosun boşanması da xeyli səs-küyə səbəb olaraq medianın gündəmini zəbt edib. Sözügedən ayrılıqla yanaşı dünyanın digər ən bahalı boşanma proseslərini təqdim edirik:

Ceff Bezos və Makkenzi Bezos cütlüyününü boşanması 35 milyard dollarla nəticələnib.

Ales Vildensteyn və Jozelin Vildensteynin ayrılığı 2,5 milyard dollar müqabilində baş tutub.

Rupert Murdoç Anna Murdoçdan boşanmaq üçü 1,7 milyard dollar ödəməli olub.

Rus milyarder Dmitri Rıbolovlev Yelena Rıbolovlevaya 604 milyon dollar təzminat ödəyib.

Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov Tatyana Əhmədovadan boşanarkənona 600 milyon dollar ödəyib.

Rus milyarder, "Çelsi" klubunun sahibi Roman Abramoviçin İrina Abramoviçlə boşanmasının bədəli 300 milyon dollardır.

Aktyorlar Bryus Uillis və Demi Murun ayrılığı 90 milyon dollara baha başa gəlib.

Son xəbərlər
Bütün xəbərlər »