Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ayna Sultanova parkında ağac kəsintisi ilə bağlı açıqlama - Fotolar

Bir neçə gündür sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirilib.

Bizimyol.info xəbər verir ki, Binəqədi rayonunda yerləşən Ayna Sultanova parkında ağacların kəsilməsinə dair məlumatlar yayılıb. Yayılan məlumatlar əsasında nazirliyin əməkdaşlarının və jurnalistlərin iştirakı ilə əraziyə baxış keçirilib.

Əraziyə baxış keçirilməsi ilə yanaşı layihə ilə tanış olunub, layihədə göstərilən bütün normativlərin qaydasında olduğu, ağac kəsilməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi məlum olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, eləcə də parkda tikinti ilə məşğul olan məsul şəxslər eyni zamanda sosial şəbəkələrdə yayımlanan fotoşəkillərə də aydınlıq gətiriblər.

Bildirilib ki, tikintinin bünövrəsi qoyularkən ön və arxa tərəfdə olan ağaclar sərbəst şəkildə kənardan göründüyü halda, tikilinin artıq görüntünü tutduğuna görə həmin ağaclar tikintinin digər tərəfində qalıb və ağacların kəsilməsi ilə bağlı şoxsaylı fikirlər yaranıb.

Əraziyə baxış zamanı parkın öncədən çəkilən fotoşəkilləri ilə bugünki vəziyyəti müqaisə edilib və heç bir ağac kəsilməsi faktı öz təsdiqini tapmayıb.

Əməkdaşımızın çəkdiyi görüntüləri oxucularımıza təqdim edirik:

Paylaş »
››› Dmanisidə son vəziyyət: “Polis qarşısını ala bilmir, şəhərə giriş-çıxış bağlanıb”
››› “Svanların Dmanisidə azərbaycanlılara hücumu təxribatdır”
››› “Dərman yazıb resepti dolduran həkimlərə inanmayın”
››› “İdeal” rəhbərinin anası: “Bundan sonra təhdidlər, həbs xəbərdarlığı başladı...”
››› Rusiya Yerevanı məyus etdi: Türkiyə Ermənistanı yumşaq güclə dəyişəcək
››› Qanunsuz qrupların Qarabağdan çıxması, dəhlizin açılması - Zəngəzurda daha nələr müzakirə olunur...
››› Rusiya Prezidenti Azərbaycanın mədəniyyət xadimlərini mükafatlandırıb
Son xəbərlər
Bütün xəbərlər »