Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Təhsil Nazirliyindən tutmuş müəllimə kimi hamı cəzasını almalıdır” – Xalq artisti

162 nömrəli məktəbdə baş vermiş hadisə hələ də gündəmdədir. Atrıq sıravi vətəndaşlar Elina Hacıyevanı anmaq məqsədilə sözügedən məktəbə axın edir, hadisə yerinə güllər və oyuncaqlar düzürlər.

Bununla bağlı Xalq artisti Naibə Allahverdiyeva "Yeni Sabah”a açıqlama verib. Göz yaşlarını tuta bilməyən aktrisa bu hadisədən çox sarsıldığını bildirib:

Naibə Allahverdiyeva Naibə Allahverdiyeva

"Bu nə vicdansızlıqdır, bu nə qəddarlıqdır? İnan ki, hələ də özümə gələ bilmirəm. Mənim də qızım var və artıq qızıma görə çox qorxuram. Bizim insanlar nə ara belə qəddar oldu? Ölkəmizin vətəndaşlarını bu cür təsəvvür etməzdim. Bəyanat da yayıblar ki, direktoru işdən çıxarıblar. İşdən uzaqlaşdırmaqla iş bitmir. Ortada 14 yaşlı uşağın meyti var. Təhsil Nazirliyindən tutmuş o məktəbin hər bir müəlliminə kimi hamı layiq olduğu cəzanı almalıdır. Düşündükcə dəhşətə gəlirəm. Elinanın anasının yerində olsaydım, o direktoru qızı iki saat məktəbdə gözlətdiyinə görə öz əllərimlə öldürərdim”. (azxeber.com)

Paylaş »
››› Avropanın aparıcı dövləti Türkiyə ilə münasibətləri niyə yaxşılaşdırmaq istəyir...
››› Allahşükür Paşazadə, qızı, kürəkəni və qudası məhkəməyə verildi
››› Həyat yoldaşı Bill Qeytsdən niyə ayrılmaq istəyir... - Nəhəng pulların pərdəarxası
››› ”Bundan artıq antierməni bəyanat təsəvvür etmək çətindir” - Erməni mediasından Lavrova ittiham
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Məktəblərin açılıb-bağlanması hamıda isti-soyuq duş effekti yaradıb"
››› DSX-nin əsgəri özünü güllələyib
Son xəbərlər
Bütün xəbərlər »