Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA astronavtların hansı qaydada seçildiyini açıqladı

Hər insana kosmosa uçmaq nəsib olmur. Kosmik agentliklər astronavtları xüsusi qaydada seçir.

Bizimyol.info "RİA Novosti"yə istinadən xəbər verir ki, NASA-nın əməkdaşı Conson Brendi Din seçim haqda danışıb. Mütəxəssis deyib: “Astronavtın hara yollanmasından asılı olmayaraq istəklərimiz eynidir. Yaxşı lider olmaq, özünü həmişə komandanın bir üzvü kimi hiss etmək. Çünki aylarla birlikdə yaşamalı olacaqsınız. Qalan şeyləri öyrətmək çətin deyil”.

Dinin dediyinə görə, uzağı tələblərdə kiçik dəyişikliklər ola bilər. Adətən, astronavtlar özünü Beynəlxalq Kosmik Agentliyə səfərlərə hazırlayır. Amma hədəflər zaman-zaman dəyişir. İndi daha çox Ay və Mars haqda düşünmək lazımdır.

NASA astronavtı Foto: Pixabay.com

Mütəxəssis deyir ki, asronavtın üzərinə düşən missiyadan asılı olmayaraq, NASA həmişə hazırlıqlara xüsusi diqqət yetirir. İndi 11 astronavt uçuşlara hazırlanır. Onlar 2017-ci ildə 18 min insan arasından seçilib. Din etiraf edir ki, kosmonavtikaya maraq çox artıb. Çünki kosmik mövzular haqda az qala hər yerdə danışılır: “Kosmos barədə kitablar və filmlər də çoxalıb. Bu da marağı artırır”.

Paylaş »
››› Bakıda təcili yardım həkimləri tətil elan etdi: “Problem çox kəskin və məşəqqətlidir”
››› “Eldar Həsənov çəliklə gəzir, dəfələrlə yıxılıb”
››› 80 minlik rus qoşunu sərhəddə hazır gözləyir...
››› “Hakimiyyət Zəngəzuru verib başağrısından yaxa qurtarmaq istəyir” - Edqar Elbakyan
››› İcra başçısı qəhrəman zabitə süpürgəçi “vəzifəsi” təklif edib
››› Türkiyədə ölən azərbaycanlı fəalın meyiti atasına və dostuna göstərilib
››› “Bilmək olmur ki, Ermənistanın nə qədər ərazisi qalıb”
Son xəbərlər
Bütün xəbərlər »