Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgi fotosu çəkdirmək üçün qayadan sallandı, izləyicilərin qəzəbinə tuş gəldi - Foto

İnsanlar sosial şəbəkələrdə çoxlu “layk” toplamaq üçün nələr etmirlər. Buna görə həyatlarını təhlükəyə də atırlar.

Bizimyol.info xəbər verir ki, amerikalı blogerlər Kelli və Kodi qeyri-adi foto çəkdirmək qərarına gəliblər. İndoneziyanın Ubud şəhərində dincələn cütlük “Instagram”da çoxlu “layk” yığmaq üçün təhlükəni gözə alıb. Kelli gözəl foto xatirinə qayadan sallanıb. Bu zaman qayanın kənarına qədər uzanan hovuzda dayanmış Kodi onu möhkəm tutmağa çalışıb. Öpüşən sevgililərin kənardan fotosunu çəkiblər.

Həqiqətən də, gözəl şəkil alınıb. Amma “Instagram”da cütlüyü qınayan çox olub. Cütlüyün riskini axmaqlıq adlandırıblar. İstifadəçilərdən biri yazıb: “Bilirsiz, indi bunu kimsə təkrarlamağa çalışacaq. İnsanların həyatına təhlükə yaranacaq. Pis nümunə olursunuz”.

Kelli və Kodi Kelli və Kodi

Kelli tənqidçilərini sakitləşdirməyə çalışıb. Yazıb ki, Kodi onu çox möhkəm tutmuşdu, heç bir halda yıxıla bilməzdi.

Amma cütlük tərif də az eşitməyib. Kellini çox cəsarətli adlandırıblar.

Son xəbərlər
Bütün xəbərlər »